img
Bakı Zooloji Parkı

Adi Pirana

Ölçü və çəki

3,9 kq

Qidalanma

balıqlar , həşəratlar, ilbizlər və bitkilər də daxil olmaqla geniş çeşidlə qidalanır

Həyat ömrü

10 il

Çoxalma

1000 yumurta

Mühafizə Statusu

Az qayğı tələb edənlər

img
Cənubi Amerikadakı su hövzələrində yaşayır.

Şirin su yırtıcısıdır. Bütün piranaların önə doğru çıxmış iti dişlərə malik böyük ağızları olur. Pirana növləri bir-birindən rənglərinə görə fərqlənir. Əksər növlərdə kürək hissə zeytun yaşılı və ya göyümtül qara, qarın və yan nahiyələr isə tünd və ya gümüşü boz rəngdə olur. Nəhəng sürülər şəklində yaşayır və ov edirlər. Akvarium şəraitində kifayət qədər ürkək və ehtiyatlı olurlar. Çoxalma zamanı bir neçə min kürü tökür. İnkubasiya dövrü suyun temperaturundan asılı olaraq 10-15 gün davam edir.